330x110
 

Neftin qiyməti azalır, Brent bir barelə $55,44 təşkil edir

22.01.2021,10:02


22 yanvar, Fineko/abc.az. Dünyada COVİD-19 hallarının getdikcə artması ilə əlaqədar neft tələbatının azalması perspektivi fonunda neft qiymətləri cümə günü aşağı düşür.

Treyderlər ABŞ-da Enerji Nazirliyinin neft ehtiyatları barədə bu həftə cümə günü açıqlanacaq məlumatlarını gözləyirlər. Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 2,56 milyon barel artıb.

Saat 9:35-də, London ICE Futures birjasında keçirilən ticarətdə, Brent-in mart fyuçersinin qiyməti bir barrelə $0,66 (1,18%), $55,44-a qədər azalıb. 21 yanvar tarixində keçirilən ticarətin nəticələrinə görə, Brentin mart ayına olan fyuçersləri $0,02 (0,04%) – bir barelə $56,10 qiymətinə yüksəldi.

Saat 9:35-də, Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətdə WTI-nin mart fyuçersinin qiyməti 0,66 (1,24%) – bir barelə $52,47-a düşdü. Yanvarın 21-də  keçirilən hərracların nəticələrinə görə WTI-nin mart ayına olan fyuçersi $0,18 (0,34%) - bir barelə $53,13-ə düşüb.