Yaponiya Azərbaycana dağ mədən sahəsində yeni texnolji model təklif edir

14:54 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. Bu gün “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

“AzerGold”-dan ABC.AZ-a daxil olan məlumata görə, səfir Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllərin və ən qabaqcıl innovativ modellərinin Azərbaycanda tətbiq edilməsinin mümkün ola biləcəyini bildirib.

Z.İbrahimov öz növbəsində, yataqlarla bağlı məlumatların rəqəmsallaşdırılması prosesində faydalı ola biləcək, o cümlədən yataqların geoloji kəşfiyyatdan istismaradək tələb olunan müddətin azalmasına şərait yaradacaq innovativ təşəbbüslərə Cəmiyyətin açıq olduğunu diqqətə çatdırıb.

 

Вся лента