Buğda istehsalı da, yığımı da azalıb – Hesabat

16:56 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 867,3 min ton buğda istehsal olunub.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Statistika Komitəsindən bildiriblər.

Qeyd olunub ki, bu göstərici 2019-cu ilə nisbətən 14% azalıb.

Hesabat dövründə ölkədə 588,4 min hektar sahədən buğda yığılıb ki, bu da 2019-cu ilin göstəricisindən 12,2% azdır. 2019-cu illə müqayisədə 2020-ci ildə məhsuldarlıq 2,2% azalaraq 31,7 sent/ha təşkil edib.

 

Вся лента