500 manatlıq pul nişanı tədavülə buraxılmayıb – Mərkəzi Bank

17:08 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanının” təsvirləri yayılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyildir".

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.

"Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq",- məlumatda deyilir.

 

Вся лента