Azərbaycanda kredit reytinqi modeli yaradılır

27.02.2018,12:24


27 fevral, Fineko/abc.az. Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondu kredit reytinqi modeli yaradılır.

Tender komissiyasının məlumatında deyildiyi kimi, Fond, “Kredit reytinqi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması üçün tender elan edib.

“Tenderdə iştirak haqqı 250 manat təşkil edir. İddiaçılar ilkin sənədləri aprelin 4-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 16-na qədər Fondun Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti,40 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər”, - məlumatda belə deyilir.

 

Ключевые слова: İpoteka Kredit Zəmanət Fondu