Problemli kreditlər azalıb - 3 faizdən çox

17:16 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 893,1 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 3,2% azdır. Problemli kreditlər son 1 ildə isə 29,8% azalıb.

2020-ci ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət 2019-cu ilin sonuna 8,3% olub.

Вся лента