Bakıda “Sovetskaya” ərazisində yol infrastrukturunun yenidən qurulmasının ikinci mərhələsi başlandı

15:34 - 27.02.2018


27 fevral, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  Nəriman Nərimanov Prospektinin (keçmiş Sovetskaya küçəsi) yol infrastrukturunun yenidən qurulmasının ikinci mərhələsini həyata keçirir.

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  Fineko/abc.az Agentliyinə bildirib ki,  “Sovetskaya” ərazisində, tutumu 338 avtomobil təşkil edəcək  yeraltı avtomobil dayanacağı tikiləcək.

“Təzəpir” məscidinin qarşısında tikiləcək yeraltı avtomobil dayanacağının sahəsi 11,631 min m2 təşkil edəcək. Həmçinin, Fizuli və Mirzağa Əliyev küçələrinin kəsişməsində, uzunluğu 112 m, eni isə 52 m olacaq piyada körpüsü tikiləcək. Yaşıl zonanın ümumi sahəsi  8 hektar,  parkın sahəsi isə 11,650 min m2 təşkil edəcək.

 

Вся лента