Valyuta hərracında manat və dollar öz mövqelərində qalırlar

27.02.2018,15:35


27 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını keçirib.

“27 fevral  tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır”, - AMB-dan belə bildirildi.

Fevralın 22-də keçirilmiş  əvvəlki valyuta hərracında orta ölçülmüş məzənnə  həmçinin bir dollara  1,7001 manat təşkil etmişdir.

 

 

Ключевые слова: valyuta hərracı