Bakıda bir həftəlik şəhər turizm kartının qiyməti 53 dollar təşkil edəcək

17:24 - 27.02.2018


27 fevral, Fineko/abc.az. “Baku Card” şəhər turizm kartlarının qiyməti açıqlanıb.

Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, 24 saatlıq kartların qiyməti  35 manat, 72 saatlıq – 60 manat, bir həftəlik kartların qiyməti  isə 90 manat təşkil edir.

Sabah, “Baku Card” şəhər turizm kartının yaradılması məqsədi ilə,  Büro, Bakı Nəqliyyat Agentliyi (BNA) və “PASHA Travel” turizm şirkəti arasında memorandumun imzalanması baş tutacaq. Bu, ilk  kart olacaq və onun sahibləri ictimai nəqliyyat, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinin xidmətlərindən pulsuz və ya endirim qiymətlərə, habelə mağazalar, kafe, restoranlardan xüsusi təkliflər və endirimlərdən istifadə edə biləcəklər.

Dolların manata qarşı rəsmi məzənnəsi bu gün $1,7001/1AZN təşkil edir.

 

Вся лента