Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya növbəti yük göndərildi

17:39 - 27.02.2018


27 fevral, Fineko/abc.az. Urumçi (Çin) şəhərindən  Neapol (İtaliya) şəhərinə yola düşən yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək.

chinadaily.com  saytının xəbər verdiyi kimi, 44 konteynerdən ibarət, pomidorlarla yüklənmiş qatar, fevralın 26-da yola çıxıb, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək İtaliyanın Neapol şəhərinə gedəcək.

Qatar 10 min 500 kilometrlik məsafəni 25 gün müddətində keçəcək. Cari ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 1400 konteyner göndərilməsi planlaşdırılır.

 

 

 

Вся лента