Azərbaycan neftinin qiyməti düşüb

12:07 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Azərbaycanın “Azəri LT CIF” markalı  neftinin dünya bazarında qiyməti  0,88 dollar və ya 1,28% düşüb.

“Azeri LT CIF” markalı xam neftin qiyməti hal-hazırda bir barelə 67,99 dollar təşkil edir.

“Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

Вся лента