Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri müəyyən edildi

12:32 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi yanında Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri müəyyənləşib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə, Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitutu yaradılıb.

İnstitut qida təhlükəsizliyi sahəsində elmi və praktik araşdırmalar aparacaq, risk qiymətləndirməsini həyata keçirəcək, elmi prinsiplərə əsaslanaraq, ərzaq təhlükəsizliyi sahəsində normativ-texniki sənədlərini hazırlayacaq, qida məhsullarının  təhlükəsizlik göstəricilərinin tədqiqatı üçün xidmətlər göstərəcəkdir.

Dünya təcrübəsində də analoji institutlar var, məsələn, Avropa ölkələrində və ABŞ-da həm dövlət səviyyəsində, həm də müstəqil təşkilatlar mövcuddur. Bu institutlar qida təhlükəsizliyi sahəsində elmi tədqiqatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Dünya təcrübəsinə əsasən, belə institutların çoxillik tədqiqatlarının əsas obyekti, insanın orqanizminə qida məhsullarının təsiri, həmçinin qablaşdırmaların və bioəlavələrin tərkibinin öyrənilməsi, qida təhlükəsizliyinin bütün aspektlərinin öyrənilməsidir.

 

Вся лента