Şahdəniz qurğularının hasilat gücü gündəlik 56 milyon kubmetrdir - Hesabat

11:30 - 4.02.2021


4 fevral, Fineko/abc.az. 2020-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə 1 milyard dollardan artıq əməliyyat xərcləri və 942 milyon dollar əsaslı xərclər çəkilib.

ABC.AZ-ın məlumatına görə, bu “BP-Azərbaycan”ın “Biznes əməliyyatları 2020” hesabatında qeyd olunub. Hesabata əsasən, əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

2020-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

 

Вся лента