Azərbaycanın bölgələrində şəhər turizm kartları tətbiq ediləcək

13:03 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi (BNA) və  “PASHA Travel” turizm şirkəti  bu gün, “Baku Card” şəhər kartlarının tətbiqinin başlanması haqqında memorandum imzaladılar.

İmzalama zamanı BNA-in baş direktorunun müşaviri Mübariz Abbasov bildirib ki, irəlidə şəhər turizm kartları  Azərbaycanın digər şəhərləri üşün də işlənib hazırlanacaq və tətbiq ediləcək.

Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev deyib ki, ilk mərhələdə, muzeylər, kafe və restoranlar öz xidmətlərini, xüsusilə,  endirimləri kart vasitəsi ilə  təqdim edə biləcək.

“Bu kimi layihələrə biznes çox yaxşı reaksiya göstərir və gələcəkdə, ona birləşəcək obyektlərin sayı, “Baku Card”ın işləməsinin keyfiyyətindən asılı olacaq”, - F.Nağıyev belə deyib.

 

Вся лента