Bakıda daha 700 avtobusda nağdsız ödəniş sistemi tətbiq ediləcək

13:08 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt marşrutlarının optimallaşdırılmasını davam etdirir.

BNA-in baş direktorunun müşaviri Mübariz Abbasovun sözlərinə görə, optimallaşdırma çərçivəsində avtobusların sayı  157-dən 146-ya endirilib və bu yöndə işlər davam etdirilir.

“Paytaxt nəqliyyatının xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində, nağdsız ödənişin təşviq edilməsi üzrə tədbirlər davam etdirilir. Hazırda  nağdsız ödəniş sistemi 500 avtobusda tətbiq edilir,

İlin sonuna qədər daha 700 avtobusda (21 marşrut) nağdsız ödəniş sistemi quraşdırılacaq”, - M.Abbasov belə deyib.

 

Вся лента