Bu siniflərdə ənənəvi tədris bərpa olundu - Bu gündən

10:10 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Bu gün V-IX siniflərdə sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi tədris qismən bərpa olunur.

ABC.AZ Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  fevralın 8-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1,5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədrisə başlanılacaq. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla dərslər keçiriləcək.

 

Вся лента