Daha bir şirkətin məhsullarının satışına qadağa qoyuldu - Bakıda

15:24 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən "Sabko" MMC-yə məxsus anbarda yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyi ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub.

Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib.

 

Вся лента