Azərbaycanda sığorta ombudsmanının yaradılması ideyası yeniləndi

28.02.2018,16:47


28 fevral, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə şurasının növbəti iclası keçirilib.

ASA-nın məlumatında deyilir ki, iclas gedişatında assosiasiyaya yeni üzvlərin cəlb edilməsi, təlimlərin genişləndirilməsi, həmçinin bazarın inkişafı perspektivləri və digər məsələlər müzakirə edilmişdir.

“İclas gedişatında Azərbaycanda sığorta mübahisələrinin məhkəmədənqabaq sisteminin formalaşdırılması haqqında qərar qəbul edilmişdir”, - məlumatda belə deyilir.

 

Ключевые слова: ASA