“Azərsu” Qazax və Ağstafa rayonlarında daha 20 min abunəçinin su təchizatını yaxşılaşdırıb

28.02.2018,17:18


28 fevral, Fineko/abc.az. “Azərsu” ASC Qazax və Ağstafa rayonlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihələrini yekunlaşdırdı.

“Azərsu”dan verilən məlumata əsasən, Ağstafa rayonunda həyata keçirilən layihə, dörd kənddə 2550 abunəçi üçün, Qazax rayonunda isə - üç kənddə 17 500 abunəçi üçün nəzərdə tutulmuşdur.

Ümumilikdə, dövlət başçısının, ölkə əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması haqqında Sərəncamına uyğun olaraq, 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.

 

 

 

Ключевые слова: Azərsu