Azərbaycanda su ehtiyatları azalır - Nazirlik rəsmisi

17:22 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Son 7-8 ildə Azərbaycanda su ehtiyatlarımız azalmağa doğru gedir.

ABC.AZ xəbər verir ki, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, bu quraqlığın nəticəsidir: “Bununla buxarlanmalar və su itkilərimiz çoxalır. Bütün bunlar nəzərə alınaraq, ölkədə kifayət qədər tədbirlər həyata keçirilir. Çaylardan götürülən suyun qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsi ölkədə ETSN tərəfindən aparılan əsas işlərdən biri olub”.

 

Вся лента