Vizanın ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək – Fuad Nağıyev

17:18 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək.

Dövlət Turizm Agentliyindən ABC.AZ-a verilən məlumata görə, Agentlik sədri Fuad Nağıyev fevralın 10-da Azərbaycan-Türkiyə turizm işçi qrupunun 1-ci iclasında bildirib.

F.Nağıyev normal şərtlər altında Bakıda baş tutmalı olan işçi qrupu görüşünün pandemiya səbəbindən videokonfrans formatında keçirildiyini qeyd edib.

Agentlik sədri bildirib ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, həmçinin strateji tərəfdaşlıq münasibətlərində turizmin də payı mövcuddur və bu payın getdikcə artması üçün turizm üzrə ikitərəfli əlaqələr inkişaf etdirilməlidir.

 

Вся лента