20 “ASAN xidmət” mərkəzində nöqsanlar aşkarlanıb

10:27 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Əvvəlki illərdə olduğu kimi 2020-ci il ərzində də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirilən nəzarət və monitorinq tədbirləri nəticəsində xidmətin təşkili və davranış qaydalarına əməl edilməməsi xidmətin keyfiyyəti ilə bağlı tələblərə və normativ hüquqi aktların tələblərinə riayət olunmaması ilə bağlı nöqsan hallarının qeydiyyatı aparılıb.

ABC.AZ xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında öz əksini tapıb.

Ümumilikdə 2020-ci il ərzində 20 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində həyata keçirilən nəzarət və monitorinq tədbirləri nəticəsində 7 884 nöqsan qeydə alınıb.

 

Вся лента