Bakı 8 mart bayramında turistlər üçün MDB-nin ən populyar şəhərlərinin ilk üçlüyündədir

10:51 - 1.03.2018


1 mart, Fineko/abc.az. “Tvil.ru” mənzil sifarişi xidməti, rusiyalıların mart ayının bayram və istirahət günlərində səfər üçün seçdikləri ən populyar MDB şəhərlərini müəyyən edib. 

 “Tvil.ru”nun məlumatında deyildiyi kimi, reytinq, sorğular, mehmanxana və mənzillərin sifariş üzrə məlumatlarına əsasən tərtib edilib.

“Rusiya turistlərinin mart ayındakı bayram və istirahət günlərində səfər üçün seçdikləri ən populyar MDB şəhərlərinin ilk beşliyinə Minsk, Astana, Yerevan və Brest daxildir”, - məlumatda belə deyilir.

Tvil.ru” məlumatına əsasən,  Bakıda turistlər mart ayının bayram istirahəti üçün orta hesabla üç gecəlik mənzil sifariş edirlər  və gündəlik 3,4 min rubl, Minskdə isə gündəlik 3 min rubl (2,5 gücə) ödəyirlər. İlk beşliyin şəhərlərində ən ucuz yaşayış Brestdə qeyd edilir (gündəlik 2 min rubl).

Rusiyada bayramla bağlı istirahət günləri, 2018-ci ilin martın 8-dən martın 11-nə qədər olmaqla, dörd gün davam edəcək.

8 mart bayramında səyahət üçün turistlər arasında populyar olan  MDB şəhərlərinin ilk beşliyi:

1.      Minsk - 3 min rubl/ 2,5 gecə *

2.      Astana - 3,5 min rubl/ 2 gecə

3.      Bakı - 3,4 min rubl/ 3 gecə

4.      Yerevan - 2,8 min rubl/ 3 gecə

5.      Brest - 2 min rubl/ 1,5 gecə

* Yaşayış üçün gündəlik orta ödəniş/ bron edilmiş gecələrin orta sayı

Tvil.ru – Rusiyanın, səyahət və istirahət üçün mənzil, ev və otellərin onlayn bron edilməsi  üzrə aparıcı saytıdır.

 

Вся лента