Torbaların keyfiyyətini normallaşdıran dövlət standartı qəbul olunub

14:55 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub. Bu dəyişiklik qida məhsullarının qablaşdırılmasında və sənayedə istifadə edilən torbaların keyfiyyət və təhlükəsizliyini normalaşdıran dövlət standartının qəbulunu şərtləndirir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, yeni standartın tələblərinə görə, torbaların səthində çatlar, kəsiklər, deşiklər olmamalı, daxili səthləri yapışmamalıdır.

Torbalar xarici görünüşü, ölçüsü, qalınlığı, tikişinin hermetikliyi, əl tutacağının yükə davamlılığı, gigiyenik parametrləri və.s kimi göstəricilərinə görə standartın tələblərinə uyğun olmalıdır. Eyni zamanda torbalar onlardan istifadə zamanı toksik olmamalı, normal otaq və hava şəraitində insan sağlamlığına zərər vurmamalıdır. Qanunvericiliyin tələblərinə görə uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır.

 

Вся лента