Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fondu 89 milyon manatdan çox vəsait topladı

01.03.2018,11:21


1 mart, Fineko/abc.az. Azərbaycanın Müdafiə Nazirliyi, Silahlı Qüvvələrə Yardım Fondunda martın  1-nə olan  vəsaitlərin miqdarı haqqında məlumat verib.

Nazirliyin məlumatına əsasən, 2018-ci ilin martın 1-nə  Fondda 89 031 572,82 manat, 213 073,88 ABŞ dolları, 10 436 avro və 5000 rubl həcmində vəsait toplanıb.

1 yanvar 2018-ci il tarixinədək, Fonda 88 008 970,18  manat, 212 873,88 ABŞ dolları, 9 536,0  avro və 5,0 min rubl olmuşdur.

Silahlı Qüvvələrə Yardım Fondu, Azərbaycan prezidentinin 2002-ci il 17 avqust  tarixli, 755 nömrəli Fərmanı ilə yaradılmışdır.

 

Ключевые слова: Müdafiə Silahlı Qüvvələrə Yardım Fondu