Ağsuda toy edənlər polisə aparıldı - 15 nəfər cərimələndi

11:08 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Ağsu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsinin qarşısı alınıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, rayonun Padarqışlaq kənd sakini Səxavət Həsənovun oğluna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək karantin qaydalarının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı S.Həsənov və digər 14 nəfər Polis Şöbəsinə dəvət olunub.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

 

Вся лента