Apreldə Azərbaycanda pikap tipli avtomobilin istehsalına başlanılacaq

14:07 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Bu ilin aprel ayından etibarən "Azərmaş" ASC "Khazar" brendi altında ilk pikap tipli avtomobilin istehsalına başlayacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, bu tipli avtomobillərin iki modelinin yığılması nəzərdə tutulur ki, hazırda modellərdən biri artıq təsdiqlənib.

Qeyd edək ki, müəssisənin istehsal prosesinə dair ötən il bir çox planlar olsa da, pandemiya səbəbindən onlar cari ilə təxirə salındı. Belə ki, bu il müəssisə "Khazar" brendi altında premium sinfinə aid modellərin istehsal həcminin artırmaq niyyətindədir.

 

Вся лента