Azərbaycan, öz vətəndaşları üçün viza verilməsi prosesini asanlaşdırır

12:57 - 1.03.2018


1 mart, Fineko/abc.az. Azərbaycanda viza prosedurlarının  təkmilləşdirilməsi üçün yeni  layihə hazırlanır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, Agentlikdə yerli vətəndaşlar üçün nəzərdə tutulan “ASAN Viza” - 2 konsepsiyası hazırlanır.

“Hazırda biz müvafiq qurumlarla danışıqlar aparırıq. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman müəyyən olunacaq”, - İ.Kərimov belə deyib.

 

 

Вся лента