AQTA un məmulatları satan obyektlərdə yoxlama keçirib

15:29 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki şəhəri, S. Rəhman küçəsində yerləşən un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, yoxlama zamanı istifadə olunan bitki yağlarının keyfiyyəti ilə bağlı araşdırma aparılıb.

Həmin yağların istehlaka yararlı olub-olmamasının qiymətləndirilməsi məqsədilə “Testo 270” cihazı ilə oksidləşmə dərəcəsinə nəzarət edilib.

Aparılan araşdırmalar zamanı baxış keçirilmiş 6 obyektdən 3-də istifadə olunan yağların dəfələrlə istifadə olunduğu, keyfiyyətinin normalara cavab vermədiyi aşkar olunduğundan yerindəcə məhv edilib, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

 

Вся лента