Salyanda xınayaxdı keçirənlər saxlandı – 200 manat cərimə olunublar

16:57 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Salyan polisi tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasimi təşkil edildiyi müəyyən edilib.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

 

Вся лента