25 aptekdə qanun pozuntusu aşkarlanıb

12:18 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Ötən il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 30 aptekdə yoxlamalar aparılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli onlayn konfransda bildirib.

"25 aptekdə qanun pozuntusu aşkarlanıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən apteklərdə dərman vasitələrinin qiymətləri ilə bağlı monitorinqlər aparılıb, istehsalçı və idxalçılarla görüşlər keçirilib. Dərmanlar tənzimlənən qiymətlərlə aparılır, bundan kənara çıxan apteklərlə bağlı 25 iş üzrə məhkəməyə müraciət olunub” deyə o qeyd edib.

 

Вся лента