Yanvar ayında Bakıda neft və qaz hasilatının həcmi azalıb

15:48 - 1.03.2018


1 mart, Fineko/abc.az. Yanvar ayında Bakıda 167,8 min ton dizel yanacağı istehsal olunub

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, yanvarda paytaxtda 109,1 min ton avtomobil benzini, 18,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 48,5 min ton ağ neft, 4,1 min ton yanacaq mazutu, 1,7 min ton sürtgü yağları, 25,5 min ton neft bitumu və 21,1 min ton neft koksu istehsal olunub.

Yanvarda həmçinin 3 milyon 315,6 min ton neft (qaz kondensatı daxil olmaqla) və 1 milyard 571,3 milyon kubmetr əmtəəlik təbii qaz hasil olunub.

2017-ci ilin yanvar ayı ilə müqayisədə neft hasilatı 0,2%, qaz hasilatı  isə 5,9% azalıb.

Paytaxtın mədənçıxarma  sənayesində istehsal  2,9 milyard manat olmaqla  0,3% artıb.

 

 

Вся лента