Yoluxanların sayı açıqlandı – 3 ölən var

16:45 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, son sutkada 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son 24 saatda 3 nəfər “COVID-19”dan vəfat edib.

 

Вся лента