BMW 430 min avtomobilini gerir çağırır – Detallar

14:11 - 19.02.2021


19 fevral, Fineko/abc.az. BMW konserni Almaniyada alovlanma təhlükəsi səbəbi ilə üçüncü seriyalı 430 min avtomobili geri çağır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Focus” onlayn nəşrinin sorğusuna cavab olaraq şirkətdən də təsdiqləyiblər.

Yüksək alovlanma riski 2017-ci ildən bəri bilinir. İstehsal tarixi 2004-cü ilin iyulundan 2012-ci ilin iyun ayına qədər olan avtomobillərdə qısa qapanma, kontaktların əriməsi və ya nadir hallarda alovlanma ola bilir.

Özü də bu hallar hərəkətdə olmayan, park edilmiş avtomobillər də yaşana bilir.

Geri çağırılan avtomobillər təmir üçün emalatxanalara göndəriləcək. Geri çağırılma E90-E93 kodlu modellərə aiddir.

 

Вся лента