330x110
 

Bağlanmış bankların əmanətçilərinə kompensasiyaların verilməsi yekunlaşır

19.02.2021,16:29


19 fevral, Fineko/abc.az. Fevralın 18-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 419 əmanətçiyə 623,3 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan fevralın 18-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 240,63 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4666 əmanətçiyə 111,4 milyon manat, "NBC Bank" üzrə isə 4204 əmanətçiyə 129,22 milyon manatdan çox kompensasiya ödənilib.

Ötən il iyunun 1-dən fevralın 18-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 382,66 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5794 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,74 milyon manat, "Ata Bank" üzrə 9755 əmanətçiyə isə 242,91milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.