Azərbaycan Avropaya şərab tədarük etmək istəyir

12:11 - 2.03.2018


2 mart, Fineko/abc.az. Azərbaycan şərab ixracını genişləndirmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  prezidenti Rüfət Məmmədov deyib ki, 2017-ci ildə, şərab ixracının həcmi, 2016-cı ilin göstəricisi ilə müqayisədə, 67% artaraq 6 milyon dollara çatıb.

“Əlbəttə, bu böyük  rəqəm deyil, lakin nəzərə alsaq ki, ixracın genişləndirilməsi üçün müxtəlif alətlərdən istifadə etməyi planlaşdırırıq, bu hələ başlanğıcdır. Belə ki, 2017-ci ildə  İqtisadiyyat Nazirliyi ixracın təşviq edilməsi üçün 3 milyon manat həcmində sənədlər təqdim edib, onlardan 60%-i şərab ixracatçılarına ayrılıb. Həmçinin biz, bir il ərzində Çində, əsasən, şərab üzrə ixtisaslaşacaq  Azərbaycan ticarət evi açmağı planlaşdırırıq. Bütün yerli istehsalçılar və ixracatçılar öz məhsullarını ən rəqabətli şərab bazarına - Çin bazarına ixrac edə biləcəklər”, - R.Məmmədov belə deyib.

Onun sözlərinə görə, yerli istehsalçılar və ixracatçılar, bu təşviq vasitələrindən istifadə edərək, öz məhsullarını digər bazarlara ixrac edə biləcək, xüsusilə də ixracı Avropa bazarlarına genişləndirə biləcəklər.

Вся лента