Neftin qiyməti ilə bağlı mühüm proqnoz – 100 dollaradək arta bilər

10:29 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Yaxın bir neçə ildə "Brent" markalı neftin bir barelinin qiyməti 100 ABŞ dollarınadək arta bilər.

ABC.AZ xəbər verir ki, bu cür proqnozları "Bank of America" bankının mütəxəssisləri verib.

Proqnoza əsasən, artıq bu ilin ikinci yarısında "Brent"in qiyməti 70 dollaradək yüksələ bilər.

Məlumata görə, analitiklərin nikbinliyi fundamental göstəricilərin yaxşılaşması və dünyanın bir sıra ölkəsində həyata keçirilən iqtisadiyyatın stimullaşdırılması proqramlarının həyata keçirilməsinə əsaslanır.

 

Вся лента