“Gəncə Şərab-2” məhsulları “Black Sea Region Wines&Spirits Contest” Beynəlxalq Dequstasiya Müsabiqəsinin qalibi oldu

13:22 - 2.03.2018


2 mart, Fineko/abc.az. Moldovada “Black Sea Region Wines&Spirits Contest” Beynəlxalq Dequstasiya Müsabiqəsi və  “Expovin Moldova” adlı ixtisaslaşdırılmış sərgi keçirilib.

Müsabiqədə ümumilikdə dünyanın 12 ölkəsindən (Moldova, Rumıniya, Gürcüstan, Çexiya, Slovakiya, Azərbaycan, Ukrayna, İtaliya, Macarıstan, Belarus, Kanada, İspaniya) 91 şirkət iştirak etmiş və onlar dequstasiya komissiyalarına 444 şərab və spirtli içkilər növü təqdim etmişdir.

Bu miqdardan 316 nümunə (71,2%) 62 Moldova iştirakçısından, 128 nümunə isə 29 xarici şirkətdən (28,8%) təqdim edilmişdir.

Dequstasiya müsabiqəsində Azərbaycanı “Gəncə Şərab-2” müəssisəsi təmsil etmişdir.

"Rkasiteli" və "Bayan sire" üzüm növlərindən hazırlanan ağ desert şərabı Hillside Classico 1990 ən yüksək mükafata - Böyük qızıl medalına layiq görüldü.

Şərab zavodunun daha üç məhsulu: Hillside Reserve 2014 (Kaberne Sovinyon üzüm növü), Hillside Saperavi 2015 (Saperavi) və Hillside Cuvee 2016 (qarışıq növlər) qızıl medallar qazandı.

Beynəlxalq Üzüm və Şərab Təşkilatı (O.I.V.) tərəfindən hazırlanmış Beynəlxalq Müsabiqələr Qaydalarına uyğun olaraq təqdim olunan nümunələr, peşəkar dequstator kimi tanınan beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Bu il "BLACK SEA REGION' 2018"nin münsiflər heyətinə 17 ölkədən 22 əcnəbi və 24 Moldova vətəndaşı olmaqla, 46 mütəxəssis daxildir.

Ekspert komissiyasının işinin nəticələrinə əsasən, müxtəlif dəyərli 135 mükafata təqdim edilmişdir: 5 Böyük Qızıl Medal (Moldova - 4, Azərbaycan - 1); 55  Qızıl Medal (Moldova - 36, Çexiya - 6, Slovakiya - 5, Azərbaycan - 3, Rumıniya - 2, Gürcüstan - 1, Ukrayna - 1, Macarıstan - 1); 72 Gümüş Medal (Moldova - 57, Rumıniya - 7, Slovakiya - 4, İtaliya - 2, Çexiya - 1, Gürcüstan - 1); 3 Bürünc Medal (Moldova - 3).

Вся лента