Prezident yeni resabilitasiya Pansionatının açılışını edib

14:11 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı pansionatda yaradılan şəraitlə tanış olub.

Qeyd olunub ki, pansionat 2003-cü ildə istifadəyə verilib.

Ötən il isə burada əsaslı təmir işləri görülüb.

Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər.

Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır.

 

Вся лента