Aprelin 18-də Caspian Energy Forum Tbilisi – 2018 keçiriləcək

13:37 - 2.03.2018


Aprelin 18-də Gürcüstanın Caspian Energy Georgia şirkəti 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018” təşkil edəcək.

Gürcüstanın mühüm payı olan bir sıra nəhəng regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, həmçinin beynəlxalq biznes ictimaiyyətinin nümayəndələrində Gürcüstan iqtisadiyyatına böyük maraq yaradan əlverişli investisiya və işgüzar mühit ilə əlaqədar foruma Avropa, Amerika və Asiya qitəsini təmsil edən çox sayda iştirakçının qatılacağı gözlənilir. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. O həmçinin qeyd edib ki, açılış mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və hökumətin Gürcüstanın iqtisadi blokunu təmsil edən üzvlərinin iştirakı nəzərdə tutulub.

5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə Gürcüstan Hökuməti, Azərbaycan Respublikası Hökuməti, Caspian European Club, Caspian American Club və Caspian Asian Club rəsmi dəstək verir.

Telman Əliyevin sözlərinə görə, “Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə təşkil olunur və biznes-hakimiyyət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, eləcə də biznesmenlər arasında qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydan rolunu oynayır.

“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 300-dən 500-dək deleqat iştirak edəcək. 

Yenilənmiş spiker siyahısı və forumun proqramı ilə www.caspianenergyforum.com saytında tanış ola bilərsiniz.

Bundan əlavə, tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar da nəzərdə tutulub.

Telman Əliyev əlavə edib ki, qeydiyyatdan http://caspianenergyforum.com/prague/index.php/ru/ linki vasitəsilə keçmək mümkündür.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və  Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibləri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

 

 

Вся лента