Dövlət şəhid ailələri üçün əlindən gələni edir – Prezident

16:39 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərkən deyib.

Prezident qeyd edib ki, onun bu sahədəki siyasəti birmənalıdır.

"Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək" deyə İ.Əliyev qeyd edib.

 

Вся лента