Martın 3-nə proqnozlaşdırılan hava haqqında məlumat

14:18 - 2.03.2018


2 mart, Fineko/abc.az. Sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 70-80% (normadan yüksək) təşkil edəcək.

Həmçinin, Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi bildirilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürəti bəzi yerlərdə arabir artacaq.

Gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

 

Вся лента