Döyüş dayansa da Gümrüdən 60 nəfərdən çox diversiya qrupu göndərilmişdi - Prezident

14:08 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bu gün mətbuat konfransı keçirərək bəzi məsələlərə toxunub.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, döyüş əməliyyatları dayandırıldıqdan sonra noyabrın 20-si tarixləri ətrafında Ermənistanın Gümrü şəhəri ərazisindən 60 nəfərdən çox diversiya qrupu göndərilmişdi.

"Hansı ki, biz hələ də başa düşə bilmirik ki, Laçın dəhlizi ərazisi vasitəsilə Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə necə keçiblər? Bildiyiniz kimi, 10 noyabrdan sonra Rusiya Federasiyasının sülhməramlı missiyası məsuliyyət zonası xəritəsini dərc etmişdi, bölüşmüşdü. O xəritə daim saytdadır, yenilənir" deyə Prezident qeyd edib.

 

Вся лента