Ermənistanda Türkiyə və Azərbaycanı rəsmi düşmənə çeviriblər - Prezident

16:20 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Türkiyə Ermənistanla 1993- cü ildə sərhədləri bağlayıb. Yəni Kəlbəcər işğal altına düşəndən sonra. O vaxta qədər sərhədlər açıq idi. Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mətbuat konfransında bildirib. Dövlət başçısı qeyd edib ki, sərhədlərin bağlı olması qardaşlıq rəmzidir. "Bu gün də bu proses davam edir. Türkfobiya orada rəsmi ideologiyaya çevrilib. Türkiyə və Azərbaycanı rəsmi düşmənə çeviriblər. İndi münaqişə başa çatıb. Müharibədən əvvəl Ermənistan Prezidenti söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var" deyə dövlət başçısı qeyd edib.  

 

Вся лента