Bakının Narkoloji Mərkəzində baş vermiş yanğının səbəblərinin araşdırılması İlham Əliyevin birbaşa nəzarəti altındadır

02.03.2018,16:52


2 mart, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılmasına dair göstəriş verib.

Dövlət başçısı, Bakı şəhər İcra hakimiyyətinin başçısına və Səhiyyə nazirinə, yanğında həlak olanların ailələrinə lazımi kömək, eləcə də yaralananlara lazımi tibbi yardımın göstərilməsinə dair göstəriş verib.

Bütün hərəkətlər dövlət başçısının birbaşa nəzarəti altında həyata keçiriləcəkdir.

2018-ci il martın 2-də saat 06:10 radələrində Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdir. Saat  8:30-da yanğın söndürülmüşdür. Yanğın nəticəsində 25 nəfər həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb.

 

Ключевые слова: İlham Əliyev yanğın