Avtomobilini texniki baxışdan keçirməyənləri cərimə gözləyir – DİN məlumat yaydı

11:32 - 1.03.2021


1 mart, Fineko/abc.az. Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat alan şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.

"Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər" deyə məlumatda qeyd olunur.

 

Вся лента