Sahibkarlar daha çox hansı problemlə üzləşirlər? - Açıqlama

14:59 - 1.03.2021


1 mart, Fineko/abc.az. Sahibkarlar daha çox maliyyə resurslarına çıxışlarda problemlə üzləşir.

ABC.AZ xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq üçün qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilir.

"Sorğu zamanı sahibkarların ən çox üzləşdiyi problem maliyyə çıxışları ilə bağlı olub. Belə ki, sahibkarlar kredit imkanlarının sadələşdirilməsini və banklar tərəfindən tələb edilən sənədlərin azaldılmasını istəyirlər” - deyə O.Məmmədov qeyd edib.

 

Вся лента