ARDNF fevral ayında valyuta hərraclarında 437,3 milyon dollar vəsait satılıb

17:38 - 1.03.2021


1 mart, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) tərəfindən fevral ayı ərzində valyuta hərraclarında 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

ABC.AZ ARDNF-in İctimaiyyətlə əlaqələr departamentinin məlumatına istinadən xəbər verir ki,

Fond yanvar ayındakı valyuta hərraclarında 644,9 milyon dollar satmışdı.

ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.

 

Вся лента