Nazirlikdə təyinat – Müşavir gətirildi

16:32 - 2.03.2021


2 mart, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni vəzifə təyinatı olub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, nazirin müşaviri vəzifəsinə Qəhrəman Kazımov təyin edilib.

Q. Kazımov 1985-ci ildə Bakı şəhərində anadan olub.

O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Macarıstanda İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi alıb.

2011-ci ildə İsveçdə təhsilini davam etdirib, Telekommunikasiya Sektorunda Biznesin İnkişafı üzrə təhsil proqramının məzunu olub.

 

Вся лента