330x110
 

Azərbaycandakı istixanlarda ən çox istehsal olunan tərəvəzlər – Siyahı

03.03.2021,10:48


3 mart, Fineko/abc.az. Ötən il Azərbaycanda ümumi sahəsi 1,5 min hektar olan 3275 istixana fəaliyyət göstərib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin istixanalarda 288 min 473,1 ton pomidor, 16 min 272,4 ton xiyar, 5 min 515,5 ton badımcan, 478,2 ton göbələk, 350 ton bibər, 40,2 ton soğan, 37 ton kələm, 5,5 ton sarımsaq, 3,6 ton lobya və 85,7 ton çiyələk istehsal olunub.

Müəllif: Elmir Murad